Berlin məktəbliləri siyasətçiləri bir daha iqlim barədə düşünməyə çağırıblar


Digərləri 18 Mar 2019 21:14:00 232 0

Berlin məktəbliləri siyasətçiləri bir daha iqlim barədə düşünməyə çağırıblar

Bu həftənin istirahət günlərində Berlinin mərkəzindəki "İnvalidenpark" parkında məktəblilər iqlimin müdafiəsi üçün kütləvi nümayiş keçiriblər. İlk dəfə idi ki, uşaqların valideynləri ilə yanaşı, müəllimlər, ölkənin yaradıcı və elmi dairələrinin nümayəndələri də məktəbliləri dəstəkləməyə gəlmişdilər. Berlinli velosipedçilər də nümayişçilərə qoşulub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, belə nümayişlər əvvəllər də keçirilib. Məqsəd siyasətçiləri iqlimin və ətraf mühitin qorunması üçün daha çox səy göstərməyə sövq etməkdir.

Polisin məlumatına görə, nümayişdə təqribən 5000 nəfər iştirak edib. Hələ mitinqin başlanmasına bir saat qalmış park adamlarla dolu idi, mitinq başlanandan bir saat sonra isə iştirakçıların sayı hədsiz artdığına görə İnvalidenştrasse küçəsi qismən bağlanıb.