Yeni Zelandiyada kütləvi qətl törədən şəxs haqda daha bir fakt


Dünya 18 Mar 2019 21:02:00 212 0

Yeni Zelandiyada kütləvi qətl törədən şəxs haqda daha bir fakt

Yeni Zelandiyada kütləvi qətl törətməkdə şübhəli bilinən şəxs Baş nazirin ofisinə elektron məktub göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Baş nazir Casinda Ardernin ofisinin yaydığı məlumata görə, martın 15-də elektron poçta Kraystçörç şəhərində kütləvi qətllər törətməkdə şübhəli bilinən şəxsdən onun manifestinin sürəti daxil olub. Daha 70-ə yaxın insanın belə məktub aldığı bildirilir. Bundan əlavə, həmin məktub şübhəli tərəfindən "Twitter" sosial şəbəkəsinə də yerləşdirilib.

Xatırladaq ki, Yeni Zelandiya məhkəməsi Avstraliya vətəndaşı Brenton Tarranta qarşı Kraystçörç şəhərinin iki məscidində 50 nəfərin qətlə yetirilməsi ilə bağlı ittiham irəli sürüb. Sənəddə deyilir ki, şübhəli hücumun hazırlanmasına iki il vaxt sərf edib. Burada miqrantların ağ cəmiyyəti doldurmasından şikayət öz əksini tapıb.