Babam yaşındakı kişinin qucağında...


Dünya 18 Mar 2019 20:39:00 231 0

Babam yaşındakı kişinin qucağında...

Türkiyə Silahlı Qüvvələrinin Cudi dağında həyata keçirdiyi əməliyyat zamanı üçü qadın olmaqla tərksilah edilən 5 terrorçunun qaldığı mağarada fars və kürdcə gündəliklər tapılıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, mağarada ölü ələ keçirilən İranın Maku şəhərində doğulmuş Əyləm Rasiki adlı qadın terrorçuya məxsus gündəlikdə onun qarşılaşdığı, şahid olduğu, rəfiqələrindən eçitdiyi hadisələri qələmə alıb:

"Hərbçilərin qorxusundan siçan kimi idik. Neçə müddətdir günəşi görmədiyimi xatırlaya bilmirəm. Bu sətirləri qələmə alanda çöldə gecə, yaxud gündüz olduğundan da xəbərsizəm. Çünki yerdən 6 metr dərinlikdəyik, 3 plastik su borusundan düzəldilmiş havalandırma deşiyindən nəfəs alırıq.