“Türk Hava Yolları” AntalyaBakıAntalya istiqamətində birbaşa uçuşlara başlayır


Dünya 18 Mar 2019 20:24:00 220 0

“Türk Hava Yolları” AntalyaBakıAntalya istiqamətində birbaşa uçuşlara başlayır

Türk Hava Yolları 31 mart tarixindən etibarən Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlara start verir.

Son.az bildirir ki, şirkətdən Trend-ə verilən məlumata görə, ilk mərhələdə - 31 mart-29 may aralığında baş tutacaq uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək. Bu tarixlər aralığında həftənin bazar ertəsi, çərşənbə və bazar günlərində Antalya-Bakı reysi reallaşdırılacaq. Əks istiqamətdə olan Bakı-Antalya reysi isə həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günlərində həyata keçiriləcək.

1 iyun tarixindən etibarən isə Antalya-Bakı-Antalya istiqamətində aviareyslər gündəlik rejimdə baş tuatacaq.