"İMZA Group" yeni nəsil maliyyəçilər üçün “Breyn Rinq” formatında intellektual oyun keçirib


Digərləri 18 Mar 2019 19:27:00 250 0

"İMZA Group" yeni nəsil maliyyəçilər üçün “Breyn Rinq” formatında intellektual oyun keçirib

İMZA Group, Azərbaycanda yerli və xarici şirkətlərin, eləcə də Azərbaycan universitetləri və hökumət təşkilatlarının nümayəndələrini bir araya gətirərək, ilk dəfə tələbələr arasında maliyyə və mühasibatlıq sahəsində "Breyn Rinq" formatında intellektual oyun təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, intellektual oyunda, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti və Bakı Mühəndislik Universitetindən olmaqla ümumilikdə 8 komanda iştirak edib.

Tədbirdə müxtəlif şirkətlərin nümayəndələri ilə birlikdə Təhsil Nazirliyi və Vergilər Nazirliyinin nümayəndələri də iştirak ediblər.

"İMZA Group"un direktoru Anar Məmmədov bildirib: "Bu gün, ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi və sosial islahatların nəticələrinin davamlı və dayanıqlı olmasının əsas amillərindən biri də kadr potensialının inkişafıdır. Layihəmizin əsas məqsədi, oyunda rəqabət yaratmaqla tələbələrə öz bilik və bacarıqlarını potensial işəgötürənlərə nümayiş etdirməyə imkan yaratmaq, həmçinin tələbələri maliyyə biliklərini artırmaq üçün həvəsləndirməkdir".

O qeyd edib ki, bu oyun, seçilmiş 100 gəncin ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) standartlarına uyğun ixtisaslarının təkmilləşdirilməsi və hazırlanması məqsədi ilə yaradılmış "100 uğurlu imza" layihəsinin davamı və bir hissəsi hesab edilə bilər.


Xəbərə aid fotolar