Özünüməşğulluq proqramı üzrə təlim kurslarını 77 təlimçi keçirəcək


Digərləri 18 Mar 2019 19:29:55 176 0

Özünüməşğulluq proqramı üzrə təlim kurslarını 77 təlimçi keçirəcək

İşsiz və işaxtaran şəxslərə təlimlərin keçirilməsi üçün təlimçilərin hazırlanması prosesi başa çatıb.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına müraciət edən işsiz və işaxtaran şəxslərə təlimlərin keçirilməsi üçün təlimçilərin hazırlanması prosesi başa çatıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, Bakıda növbəti təlim kursları keçirilib və paytaxtın rayonları üzrə 11 nəfər kursu uğurla başa çatdırıb. Bundan əvvəl isə Sumqayıt, Gəncə, Yevlax, Göyçay, Beyləqan və Salyan rayonlarında təlimlər keçirilməklə 66 təlimçi hazırlanmışdı. Beləliklə, cari ildə özünüməşğulluq proqramı üzrə təlim kursları 77 təlimçi tərəfindən tədris ediləcək.