Hikmət Hacıyev Almaniya XİNin Şərqi Avropa bölməsinin direktoru ilə görüşüb


Siyasət 18 Mar 2019 19:17:00 202 0

Hikmət Hacıyev Almaniya XİNin Şərqi Avropa bölməsinin direktoru ilə görüşüb

Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya bölməsinin direktoru, səfir Mixael Zibertlə görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə H.Hacıyev öz "Twitter" səhifəsində yazıb.

PA rsəmisi bildirib ki, görüş zamanı qarşılıqlı maraq oyadan regional və beynəlxalq məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

H.Hacıyev həmçinin Almaniyaya səfəri çərçivəsində bu ölkənin prezident administrasiyasından həmkarları ilə görüşəcək, Almaniya parlamentində Cənubi Qafqaz mövzusunda çıxış edəcək.