Səudiyyəli nazir: "Azərbaycan OPEC+ sazişinin digər ölkələri üçün nümunədir"


Digərləri 18 Mar 2019 18:27:00 240 0

Səudiyyəli nazir: "Azərbaycan OPEC+ sazişinin digər ölkələri üçün nümunədir"

Azərbaycan neft hasilatının azaldılması üzrə OPEC+ sazişinin digər iştirakçı ölkələri üçün nümunədir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, söhbət təkcə həcmdən deyil, Azərbaycanın çox fəal iştirakından da gedir:

"Əminəm ki, Azərbaycan xüsusilə OPEC+ xartiyasının təsdiq olunmasından sonra hər zaman razılaşmanın liderlərindən biri olacaq. Biz həmişə yeni iştirakçıları alqışlamaqdan şadıq və ümid edirik ki, Azərbaycan bizə yeni ölkələri cəlb etməkdə kömək edəcək".