Şəkidə 22 yaşlı gənc itkin düşüb (FOTO)


Digərləri 18 Mar 2019 18:13:00 203 0

Şəkidə 22 yaşlı gənc itkin düşüb (FOTO)

1997-ci il təvəllüdlü Şəki şəhər sakini Fərman Abdurəhimov martın 15-i səhər saatlarında yaşadığı evdən çıxıb və indiyədək geri qayıtmayıb.

Bakı. 1997-ci il təvəllüdlü Şəki şəhər sakini Fərman Abdurəhimov martın 15-i səhər saatlarında yaşadığı evdən çıxıb və indiyədək geri qayıtmayıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, evdən çıxanda əynində qara rəngli gödəkçə, cins şalvar və qəhvəyi rəngli köynək olub. Boyu 160 sm, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.