Pirallahıda Novruz şənliyi keçirilib


Digərləri 18 Mar 2019 18:17:00 222 0

Pirallahıda Novruz şənliyi keçirilib

Pirallahıda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.

Bakı. Pirallahıda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib. Trend-in məlumatına görə, bayram tədbirində Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatı Rauf Əliyev, rayonunun idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri və rayon ictimayyətinin nümayəndələri iştirak edib. Tədbirlərdə Novruz bayramını tərənnüm edən stendlər nümayiş olunmuş, torpağın oyanışını, baharın gəlişini əks etdirən əl işləri, boyanmış yumurtalardan ibarət xonçalar, səmənilər, müxtəlif sənətkarlıq nümunələri, Novruz bayramının rəmzi olan şirniyyatlar təqdim edilmişdir. Hazırlanmış Novruz səhnəcikləri, səsləndirilən milli nəğmə və deyimlər, söylənilən bayatılar, cavablandırılan Novruz tapmacaları tamaşaçılarda xoş bayram ovqatı yaratmışdır. Həmçinin Novruz bayramı münasibətilə Rayon İcra Hakimiyyəti və Qızıl Aypara cəmiyyəti Pirallahı rayon bölməsi tərəfindən aztəminatlı sakinlərə, Qarabağ müharibəsi əlilləri və veteranlarına, məcburi köçkünlərə, ümumilikdə iki yüzə yaxın ailəyə bayram sovqatı paylanıldı.