Kəpəyin istehsalı və satışının da ƏDVdən azad edilməsi təklif olunur


Digərləri 18 Mar 2019 17:57:00 271 0

Kəpəyin istehsalı və satışının da ƏDVdən azad edilməsi təklif olunur

Azərbaycanda buğdanın emalından əldə olunan kəpəyin istehsalı və satışı üzrə fəaliyyət sahəsi iki il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilə bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi təklif olunur.

Hesab edilir ki, buğdanın emalından əldə olunan kəpəyin istehsalı və satışına müvafiq güzəştin nəzərdə tutulmaması bu məhsulların maya dəyərinin çoxalmasına, heyvandarlıq komplekslərində yem kimi istifadə olunan kəpəyin satış qiymətinin artmasına səbəb olur.

Bununla əlaqədar məhsulun satış qiymətinin dayanıqlığının artması, heyvandarlığın dayanıqlı inkişafının təmin olunması baxımından kəpəyin istehsalı və satışına güzətlərin tətbiqi məqsədəuyğun sayılır.