Azərbaycana 84 kq heroin keçirmək istədilər,


Kriminal 18 Mar 2019 17:49:00 205 0

Azərbaycana 84 kq heroin keçirmək istədilər,

"İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Biləsuvar rayonundan 84 kq heroinin Azərbaycana aparılmasının qarşısı alınıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Ərdəbil vilayətinin polis rəisi Huşəng Hüseyni jurnalistlərə verdiyi açıqlamada deyib.

H.Hüseyninin sözlərinə görə, polis əməkdaşları və sərhədçilər Biləsuvar rayonunda yük maşınında yerləşdirilən heroini aşkarlayıblar.

Polis rəisi məsələ ilə bağlı 1 nəfərin saxlanıldığını bildirib.