“Xoşuma gəldi, qoydum belimə”


Kriminal 18 Mar 2019 17:39:00 232 0

“Xoşuma gəldi, qoydum belimə”

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat həyata keçirilib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, əvvəllər dəfələrlə məhkum olunmuş Binə qəsəbə sakini Mehman Əbilov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman kustar üsulla hazırlanan tapança və patronlar aşkar edilərək maddi sübut kimi götürülüb.

Mehman Əbilov - Saxlanılan şəxs: "Küçədə qara rəngə təzə sellofan gördüm, açıb baxdım. İçərisində 1 ədəd silah, 23 ədəd də parton vardı. Açığı silah xoşuma gəldi, qoydum belimə".

Faktla bağlı Mehman Əbilov barəsində 2-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib.


Xəbərə aid fotolar