Rüşvətə görə həbs edilən prokuror azadlığa buraxıldı


Kriminal 18 Mar 2019 17:24:00 333 0

Rüşvətə görə həbs edilən prokuror azadlığa buraxıldı

Şəki Apellyasiya Məhkəməsində İsmayıllı rayonunun sabiq prokuroru Ülvi Abbasov və prokurorunun böyük köməkçisi Faiq Quliyevin barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, şikayət qismən təmin edilib.

Belə ki, Ü.Abbasov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və o, azadlığa buraxılıb. 

F.Quliyevin cəzası isə 8 ildən 6 ilə endirilib. 

Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ü.Abbasov 9 il, F.Quliyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Araşdırma zamanı Faiq Quliyevin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar "İsmayıllı Tikinti-27" ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə 14 iyul 2018-ci il tarixdə, İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət kimi şəxsən Azad Əliyevdən almasına əsaslı şübhələr müəyyən edilib.