Azərbaycanda şəhid ailələri ilə həmrəylik kampaniyasına başlanılıb


Digərləri 18 Mar 2019 17:27:00 249 0

Azərbaycanda şəhid ailələri ilə həmrəylik kampaniyasına başlanılıb

Azərbaycan Gənclər Fondundan (AzGF) Son.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq barədə tövsiyələrindən ruhlanan bir qrup gənc aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə şəhid ailələri ilə həmrəylik kampaniyasına start verib.

"Şəhidimiz" (#ŞƏHİDİMİZ) adlanan kampaniyaya Gənc Könüllülər, ASAN Könüllüləri, RİİB Könüllüləri, Bakı Şəhər Halqası Könüllüləri, BİR Tələbə Könüllüləri, Aqrar İnkişaf Könüllüləri və Azərbaycan Skautlar Assosiasiyasının fəalları qoşulublar.

Kampaniya Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin qorunub saxlanılması və şəhid ailələri ilə ölkə gəncliyinin həmrəyliyini nümayiş etdirmək məqsədi daşıyır. Bu çərçivədə Novruz Bayramı ərəfəsində gənclər aprel döyüşlərində şəhid olan soydaşlarımızın ailələrini ziyarət edib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər. Bayram ziyarətində bütün ailələrə Novruz sovqatı çatdırılıb.


Xəbərə aid fotolar