“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb (FOTO)


Digərləri 18 Mar 2019 17:20:00 295 0

“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb (FOTO)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Sağlamlıq-2018” Respublika Spartakiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Sağlamlıq-2018” Respublika Spartakiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə spartakiadanın hər il keçirilməsinin vacibliyini vurğulayıb. Nazir müavini bildirib ki, belə tədbirlər işçilər arasında idmanın kütləviliyinin təmin və təbliğ olunması baxımından böyük əhəmiyyətə malikdir. E.Vəlizadə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli müəssisə və qurumlarında çalışan, 60 nəfəri qadın olmaqla 600 nəfərə yaxın əməkdaşın bu idman tədbirinə qatıldığını müsbət hal kimi dəyərləndirib. Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Rəşad Səfərov spartakiadanın təşkili və nəticələri ilə bağlı geniş məlumat verib.