Azərbaycan OPEK+ sazişi çərçivəsində göstəricilərini daha da yaxşılaşdıracaq


Digərləri 18 Mar 2019 16:37:00 243 0

Azərbaycan OPEK+ sazişi çərçivəsində göstəricilərini daha da yaxşılaşdıracaq

"Gələn ay Azərbaycanın neft hasilatının azaldılması barədə OPEC+ sazişinin icrası ilə bağlı göstəriciləri daha da yaxşı olacaq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, son iki il yarım ərzində Azərbaycan OPEC+ sazişi çərçivəsində öhdəliklərini artıqlaması ilə yerinə yetirib:

"Ötən ilin dekabrında Azərbaycan üzərinə yeni öhdəliklər götürdü. Bu ilin ilk yarısı ərzində Azərbaycan öz öhdəliklərini tam yerinə yetirəcək. Artıq gələn ay nəticələr daha yaxşı olacaq".