Torpaq çərşənbəsində Bank Respublika illik 16%-lə nağd kredit təqdim edəcək


Digərləri 18 Mar 2019 16:33:00 210 0

Torpaq çərşənbəsində Bank Respublika illik 16%-lə nağd kredit təqdim edəcək

Torpaq çərşənbəsində Bank Respublika illik 16%-lə nağd kredit təqdim edəcək

Bakı. Milli bayramımız olan Novruz Bayramı münasibətilə, “Bank Respublika”nın başlatdığı “Qazandıran çərşənbələr” kampaniyası sona çatır. Bankdan Trend-ə verilən məlumata görə, dördüncü çərşənbə olan - Torpaq çərşənbəsində, Bank bayram xərclərini qarşılamaq və ya özlərini eləcə də yaxınlarını sevindirmək istəyən müştərilərini sevindirəcək. Belə ki, Bank yalnız bir gün 19 mart tarixində, nağd kredit şərtlərində dəyişiklik edərək, faizləri aşağı salıb və kreditin verilməsi şərtlərini sadələşdirəcək. Banka müraciət edən müştərilər, müddəti 1 il olan nağd istehlak kreditini 16%-lə və daha əlverişli şərtlərlə əldə edə biləcək! Kreditin maksimal mәblәği 20 000 manat təşkil edir. Rəsmi gəlirdən asılı olaraq 10 000 AZN-dək məbləğdə kredit zaminsiz də təqdim edilə biləcək.