Sərdar Ortaç boşanmaq üçün məhkəməyə müraciət etdi


Digərləri 18 Mar 2019 16:25:00 228 0

Sərdar Ortaç boşanmaq üçün məhkəməyə müraciət etdi

Türkiyəli müğənni Sərdar Ortaçın həyat yoldaşı Xloedən ayrılması yenidən gündəmə gəlib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Sərdarın məhkəməyə müraciət etdiyi məlum olub.

Bildirilir ki, müğənni "Artıq bu işi bitirmək istəyirəm, Xloe evində yaşamır. Öz evimdə hüzurlu deyiləm" deyə, vəkilinə lazımi prosedurları başlatmasını söyləyib.