OPEK+ ölkələrinin növbəti görüşü təxirə salına bilər


Digərləri 18 Mar 2019 16:28:00 198 0

OPEK+ ölkələrinin növbəti görüşü təxirə salına bilər

OPEK+ ölkələri nazirlərinin aprel ayına nəzərdə tutulmuş görüşü təxirə salına bilər

Bakı. Sara İsrafilbəyova - OPEK+ ölkələri nazirlərinin aprel ayına nəzərdə tutulmuş görüşü təxirə salına bilər. Trend-in məlumatına görə, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əbdüləziz əl-Falih Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının yekunlarına dair mətbuat konfransında deyib. Nazir bildirib ki, bu gün Bakıda keçirilmiş görüşdə vacib məsələlər müzakirə edilib: “Ona görə də aprel ayında görüşün keçirilməsində məna görmürəm”.