İranda çay daşdı


Dünya 18 Mar 2019 16:12:00 358 0

İranda çay daşdı

İranın şimalında yerləşən Gilan vilayətinin Sari şəhərinin Meləl (Xalqlar) parkı Təcən çayının daşması nəticəsində su altında qalıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Gilan vilayəti Sari rayonu meri Mehdi Oburi deyib.

M.Oburi parkın kənarında su altında avtomobillərin qaldığını və onların çıxarılması üçün əməliyyatların aparıldığını bildirib.

Merin sözlərinə görə, daşqınlar nəticəsində şəhərin infrastrukturuna ciddi şəkildə ziyan dəyib.