Martın 21də hava necə olacaq?


Digərləri 18 Mar 2019 16:19:00 227 0

Martın 21də hava necə olacaq?

"Martın 21-dən başlayaraq ölkə ərazisində havanın temperaturu yüksələcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, sabah axşamdan Bakıda və Abşeron yarımadasında küləyin sürəti səngiyəcək. Havanın temperaturu 9 dərəcəyə yaxın olacaq. Martın 20-də bəzi rayonlarda, o cümlədən Bakıda və Abşeron yarımadasında yağışlı havanın müşahidə ediləcəyi gözlənilir.