Zidanın növbəti hədəfi


İdman 18 Mar 2019 15:22:00 214 0

Zidanın növbəti hədəfi

Real-ın baş məşqçisi Zinəddin Zidanın yay transfer dönəmindəki hədəflərindən biri də bəlli olub.

Goal.az xəbər verir ki, Zidan Manchester United-in qapıçısı De Xeanı transfer etməyi planlaşdırır. 

Məlumata görə, Peres De Xeanı transfer edəcəyi ilə bağlı Zidana vəd verib. Xeanın gəlişindən sonra Tibo Kurtuanın icarəyə veriləcəyi gözlənilir.

İspaniya yığmasının da qapıçısını qoruyan De Xeanın transfer qiyməti 70 milyon avro dəyərləndirilir.