Güclü külək Bakını cənginə alıb VİDEO


Digərləri 18 Mar 2019 16:07:00 226 0

Güclü külək Bakını cənginə alıb  VİDEO

Dünən gecədən etibarən Bakıda güclü külək müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu gün Bakıda güclü şimal-qərb küləyi əsəcək.

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə çiskin olacağı ehtimalı var.

Öz növbəsində, Bakı Şəhər İcra Hakimiyyəti güclü küləklə bağlı paytaxt sakinlərinə və sürücülərə xəbərdarlıq edib.