Martın 21-dən temperatur yüksələcək


Digərləri 18 Mar 2019 16:02:00 181 0

Martın 21-dən temperatur yüksələcək

Sabah axşamdan Bakıda və Abşeron yarımadasında küləyin sürəti səngiyəcək.

Bakı. İlhamə İsabalayeva - Martın 21-dən başlayaraq ölkə ərazisində havanın temperaturu yüksələcək. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, sabah axşamdan Bakıda və Abşeron yarımadasında küləyin sürəti səngiyəcək. Havanın temperaturu 9 dərəcəyə yaxın olacaq. Martın 20-də bəzi rayonlarda, o cümlədən Bakıda və Abşeron yarımadasında yağışlı havanın müşahidə ediləcəyi gözlənilir.