Köhnə 10 manatlıq əskinasları dəyişmək lazımdır?


Digərləri 18 Mar 2019 15:56:00 211 0

Köhnə 10 manatlıq əskinasları dəyişmək lazımdır?

Azərbaycan Respublikası Mərkəzi Bankı yeni 10 manatlıq əskinasları tədavülə buraxıb. Verilən məlumata görə, yeni dizaynlı əskinaslar tədavülə bu gündən - martın 18-dən etibarən dövriyyədədir.

Lakin oxucuların bəzilərində belə bir sual yaranıb: Köhnə əskinasları təhvil vermək və ya onları yeniləri ilə dəyişmək lazımdırmı? Son.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bankdan Day.Az-a bildiriblər ki, yeni əskinaslar paralel şəkildə köhnələri ilə eyni vaxtda tədavüldə olacaq və onların hər ikisi bütün ölkə ərazisində qanuni ödəniş vasitəsi hesab ediləcək. Yeni 10 manatlıqlar dövriyyəyə buraxılıb - FOTO Qeyd edək ki, Mərkəzi Bank tərəfindən dizayn mövzusu "Azərbaycan tarixinə" həsr olunmuş 10 manatlıq pul nişanının təkmilləşdirilməsi və mühafizə elementlərinin müasirləşdirilərək daha yüksək standartlara uyğulaşdırılması həyata keçirilmişdir.

Yenilənmiş 10 manatlıq pul nişanında əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri,  Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılmışdır.

Mühafizə sistemlərinə gəldikdə isə, mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunmuşdur.