“Bəzilərində xarizma və sənət yoxdur”


Şou-biznes 18 Mar 2019 15:40:00 228 0

“Bəzilərində xarizma və sənət yoxdur”

ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı əməkdar artist Xumar Qədimova olub. Son.az bildirir ki, əməkdar artist hər insanda xarizma olmadığını deyib:  "Xarizma elə bir şeydir ki, onun adı yoxdur. O ya insanda var, ya da yoxdur. Qadında da olur, kişidə də. O elə bir şeydir ki, Allah verir. Sənət adamlarında olmağı daha vacibidir. Bizdə müğənnilər var ki, onların heç xarizması yoxdur. İstəyirsən onlar haqqında nəsə bir şey deyəsən, amma deyə bilmirsən. Bəziləri var ki, heç sənəti də yoxdur. Adam fikirləşir ki, başqa bir sənət sahibi olsa daha yaxşı olar".

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid foto