"Prezident İlham Əliyevin bu sərəncamı insanlara ikiqat sevinc bəxş etdi"


Digərləri 18 Mar 2019 15:13:00 281 0

"Prezident İlham Əliyevin bu sərəncamı insanlara ikiqat sevinc bəxş etdi"

Prezident İlham Əliyev əfv sərəncamı imzaladı - TAM SİYAHI  "Novruz Bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümumimilli lider Heydər Əliyev siyasətinin mərhəmətlilik və humanizm ənənələrinə sadiq qalaraq, cəzadan azad olunacaq şəxslərin cəmiyyətimizə qovuşaraq müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərini nəzərə alaraq növbəti əhf sərəncamı imzalayıb. Sərəncam ümumilikdə 431 nəfərə şamil olunub. Artıq  mühüm ümummilli dövlət bayramları ərəfəsində belə sərəncamların imzalanması ənənə halını alıb. Son illər ərzində ölkə Prezidenti cəzasını çəkən məhbuslara qarşı humanistlik göstərərək minlərlə insana azadlıq bəxş edib".

Bu barədə Son.az-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf Əliyev bildirib.

Azadlığa qovuşanlar... - FOTOREPORTAJ Millət vəkilinin fikrincə, bu əfv sərəncamı bir daha sübut etdi ki, humanizm siyasəti Azərbaycanda həyata keçirilən ümumi siyasətin əsas istiqamətlərindən biridir: "Azərbaycan Respublikasının Konstitusiyası bu siyasətin həyata keçirilməsi üçün geniş hüquqi bazaya malikdir. Bu növbəti əfv sərəncamı isə Novruz Bayramı ərəfəsində əfv olunanların ailələrinə, yaxınlarına, qohumlarına ikiqat sevinc bəxş edib. Bu böyük humanist addımına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq hisslərimizi bildirərək müstəqil Azərbaycan Respublikasının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində apardığı yorulmaz fəaliyyətində uğurlar arzulayırıq!" İlkin İzzət Son.az