Kolumbiya Universitetinin professoru “ADA” Universitetinin fəxri doktoru oldu FOTO


Digərləri 18 Mar 2019 14:59:00 207 0

Kolumbiya Universitetinin professoru “ADA” Universitetinin fəxri doktoru oldu  FOTO

Dünyada tanınmış iqtisadçı, maarifçi və dayanıqlı inkişaf prosesinin qlobal liderlərindən biri, ABŞ-ın Kolumbiya Universitetinin professoru Cefri Saks "ADA" Universitetinin fəxri doktoru seçilib.

Son.az xəbər verir ki, Universitetdən Trend-ə verilən məlumata görə, rektor Hafiz Paşayev elmi şuranın qərarına əsasən ictimai siyasət və iqtisadiyyat elminə əhəmiyyətli töhfələrinə görə fəxri doktor diplomu və Universitetin xatirə medalını qonağa təqdim edib. Rektor amerikalı alimlə ABŞ-da Azərbaycanın səfiri qismində görüşlərini, o cümlədən 2004-cü ildə professor Saksın moderatorluğu ilə Kolumbiya Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin yerli ictimaiyyətin böyük marağını cəlb edən çıxışını xatırladıb.

Verilən fəxri ada görə "ADA" Universitetindəki həmkarlarına minnətdarlığını ifadə edən Cefri Saks mərasimdə qlobal dayanıqlı inkişaf mövzusunda məruzə ilə çıxış edib. O, vurğulayıb ki, bəşəriyyətin qarşısında duran müxtəlif təhlükəsizlik təhdidlərini nəzərə alaraq, dünya ölkələri dayanıqlı inkişafı hədəfləməlidirlər. Ətraf mühitə dağıdıcı təsirini göstərən müasir ekstensiv iqtisadiyyatlar təsirini tək istehsalçı yox, istehlakçı da anlamalı və məntiqli yanaşmanı bir qaydaya çevirməlidir. Xüsusilə enerji sahəsində alternativ resurslara müraciətin qaçılmazlığını bildirən alim, bölgə dövlətlərini qlobal çağırışlara birgə əməkdaşlıqla cavab verməyi tövsiyyə edib. Azərbaycanın yerləşdiyi bölgədə mövcud münaqişələrin dərhal həlli zərurətindən danışan professor Saks bildirib ki, münaqişələrin həlli və bölgənin öz gələcəyi üçün daha sıx iqtisadi əməkdaşlığın yaradılması vacibdir. O cümlədən nəqliyyat infrastrutkuru inkişaf etdirilməli, milli iqtisadiyyatlar fövqəl-nüfuzlardan asılı olmayan şəkildə, öz qüvvələri hesabına dayanıqlı qurulmalıdır. Məruzə ADA Universitetinin tələbə və professor heyətinin sual-cavab sessiyası ilə davam etdirilib.


Xəbərə aid fotolar