Qazaxda şəhid oğlu olan bəydən ibrətamiz addım


Digərləri 18 Mar 2019 14:27:00 297 0

Qazaxda şəhid oğlu olan bəydən ibrətamiz addım

Dünən, 17 mart 2019-cu il tarixində Qazax rayon Daş Salahlı kəndində yaddaqalan və əlamətdar toy mərasimi keçirilib.

Son.az "Sherg.az"a istinadən xəbər verir ki, bu kənddən olan Şəhid Fidat Məmmədovun oğlu Ulvi Məmmədov ailə həyatı qurub.

Mərasimdə kənd əhli, F.Məmmədovun cəbhə yoldaşları, bəyin ürək və gərək dostları iştirak ediblər. Şəhid oğlunun özünə etdiyi toyu unudulmaz və möhtəşəm edən bəyin təşəbbüsü və dostlarının dəstəyi ilə həyata keçirilən bir xoşməramlı,eyni zamanda təsirli, qürurverici, duyğulu bir hadisə olub.

Belə ki, bəy gəlin gətirən zaman toy kortejinin evə deyil, Şəhidlər Xiyabanına yol almasını istəyib. Və bu istəkdən sonra bəyin dostları şəhid oğlunun arzusunu yerinə yetirərək toy kortejini şəhidlər xiyabanına sürüblər. Lakin təkcə gəlin maşını Şəhidlər Xiyabanına daxil olub, sonra səbəbkarlar maşından düşərək toy libasında başda F.Məmmədov olmaqla 12 qəhrəmandan ibarət olan Daş Salahlı şəhidlərini ziyarət ediblər.

Bəy və gəlin, bəyin qohum-əqrəbası və dostları şəhid məzarları üstünə qərənfillər düzüblər. Cəmi Şəhidlərimizin ruhuna dualar oxunub, salavatlar çevriləndən sonra kortej yola düzələrək evə gəlib. Bəy və gəlinimiz Şəhidin ocağına qədəmlərini yenə də bəy və dostlarının təşəbbüsü ilə sifariş verilən dahi Məhəmməd Hüseyn Şəhriyarın "Azərbaycan" şeirinə bəstələnən mahnı ilə sədaları altında basıblar.

Və bütün məclis əhli ayağa qalxaraq bu GÜLLƏRİ alqış atəşinə tutublar. Bundan başqa F. Məmmədovun silahdaşları, çiyindaşları da mərasimdə aktiv iştirak ediblər. 

Səbəbkarlara xeyir-dua verdikdən sonra onlar da "Azərbaycan" mahnısını sifariş verib bəylə gəlini və ümumən F.Məmmədovun ailəsini rəqsə dəvət ediblər. 

Bundan sonra bəyin dostları da çıxışlar edərək bu, milli və vətənpərvər ovqatı düz toyun sonuna qədər davam etdiriblər.

Bəyin ən aktiv dostarından olan Həsənov Qara "Sherg.az"a açıqlamasında qeyd edib ki, o, bu toya məxsusi hazırlaşıb: