“Cənub” Elektrik Stansiyasına 25 km məsafədən yeni qaz xətti çəkilir


Digərləri 18 Mar 2019 14:21:59 258 0

“Cənub” Elektrik Stansiyasına 25 km məsafədən yeni qaz xətti çəkilir

“Azərenerji” ASC "Cənub" ES-də görülən işlər nəticəsində itirilmiş 200 MVt gücü bərpa edib.

Bakı. “Azərenerji” ASC “Reabilitasiya proqramına” uyğun olaraq ölkə elektrik enerjisi sistemi üzrə “itirilmiş” generasiya güclərinin bərpası məqsədilə apardığı işləri davam etdirir. ASC-dən Trend-ə verilən məlumata görə, qoyuluş gücü 780 MVt olan “Cənub” Elektrik Stansiyası sentyabr ayında təhvil alınan zaman stansiyanın yükü 520 MVt olduğu halda, görülən işlər nəticəsində güc 720 MVt-a qaldırılıb və 200 MVt itirilmiş güc bərpa edilib. Lakin “Azərenerji” ASC stansiya üzrə əldə edilən bu nəticə ilə kifayətlənmək fikrində deyil və əlavə tədbirlərini davam etdirir.