Lənkəran və Masallı sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb


Digərləri 18 Mar 2019 14:12:00 200 0

Lənkəran və Masallı sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb

Lənkəran və Masallı sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb

Bakı. Lənkəran və Masallı sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Lənkəran rayonunun Veravul kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində kənd sakini E.Əzimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana və kibrit qutusunda qablaşdırdığı 24 ədəd çətənə toxumu aşkar edilərək götürülüb. Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri ilə isə əlavə olaraq çəkisi 1,3 kiloqramdan artıq marixuana və 2 dibçəkdə çətənə şitilləri götürülüb.