Əfsanəvi gitaraçı vəfat etdi


Dünya 18 Mar 2019 14:09:00 239 0

Əfsanəvi gitaraçı vəfat etdi

Tanınmış amerikalı gitaraçı Dik Deyl (əsl adı Riçard Entoni Monsur) 81 yaşında dünyasını dəyişib

.

Son.az oxu.az-a istinadən xəbər verir ki, "The New York Times" nəşrinin məlumatına görə, musiqiçi Cənubi Kaliforniya xəstəxanasında vəfat edib. Dəqiq ölüm səbəbi açıqlanmır.

Deyl "serf-rok" stilinin öndərlərindən hesab olunur. Onu "serf-gitaranın kralı" adlandırırlar. D.Deyli ifa üslubuna görə Cimmi Hendriks və Eddi Van Halen kimi görkəmli gitaraçılarla müqayisə olunur. Buna görə onu çox vaxt "Hevi metalın atası" adlandırırlar.