Növbəti özəlləşdirmənin vaxtı məlum oldu - 62 dövlət əmlakı üzrə seçim imkanı (FOTO)


Digərləri 18 Mar 2019 14:00:00 219 0

Növbəti özəlləşdirmənin vaxtı məlum oldu - 62 dövlət əmlakı üzrə seçim imkanı (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri aprelin 16-da keçiriləcək.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri aprelin 16-da keçiriləcək. Komitədən Trend-ə verilən məlumata görə, hərraca ümumilikdə 62 dövlət əmlakı çıxarılıb. Onlardan 19-u səhmdar cəmiyyəti, 18-i kiçik dövlət müəssisə və obyekti, 12-si qeyri-yaşayış sahəsi, 13-ü isə nəqliyyat vasitəsidir. Ölkənin bir sıra regionlarını əhatə edən müxtəlif kateqoriyalara aid dövlət əmlaklarının bir sıra iqtisadi sahələrdə fəaliyyət potensialı var. Belə ki, özəlləşməyə çıxarılan kiçik dövlət müəssisələrindən 4-ü paytaxtda, digərləri isə Quba, Cəlilabad, Yevlax, Siyəzən kimi şəhər və rayonlarda yerləşir. 13-ü ticarət, digərləri ictimai xidmət obyektləri olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 20.1 kv.m ilə 1664.4 kv.m arasındadır. Budəfəki hərracda ən yüksək ümumi faydalı sahəsi olan dövlət əmlakı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindədir. Obyektin özəlləşdirilməsi investora müxtəlif xidmət sahələri üzrə gəlirli fəaliyyət imkanı verə bilər.