Folklorşünas: "Novruz bayramının ənənələrində böyük bir türk mədəniyyəti yaşanır"


Digərləri 18 Mar 2019 14:00:00 211 0

Folklorşünas: "Novruz bayramının ənənələrində böyük bir türk mədəniyyəti yaşanır"

Novruz bayramının unudulmamasının ən vacib səbəblərindən biri bu ənənələrin hər il təkrarlanmasıdır.

Son.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli deyib.

Onun sözlərinə görə, martın 21-də gecə saat 01:58-də nəinki ölkəmizə, həm də şimal yarımkürəsinə yaz daxil olacaq: "Şimal yarımkürəsində - uzaq Pireney sahillərindən Yaponiyaya qədər olan ərazilərdə yaz fəslinin daxil olmasının qeyd edilməsinin izlərini görürük. Amma yaz fəslinın gəlişinin özəlliklə Novruz adı altında keçirilməsi xalqımızın həyatında canlanma yaradır".