Milli Dram Teatrı Novruz günlərində “Sehirli sandıq” şənliyini təqdim edəcək (FOTO)


Digərləri 18 Mar 2019 13:50:00 208 0

Milli Dram Teatrı Novruz günlərində “Sehirli sandıq” şənliyini təqdim edəcək (FOTO)

Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlılar üçün “Sehirli sandıq” şənliyini təqdim edəcək.

Bakı. Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlılar üçün “Sehirli sandıq” şənliyini təqdim edəcək. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Könül Məmmədovanın “Sehirli sandıq” əsəri əsasında hazırlanacaq eyniadlı şənliyin rejissoru Anar Sadıqov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgəroğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.