"Pop oxuyanlar acından ölür, mənə isə bir toya 7 min verirlər"


Şou-biznes 18 Mar 2019 13:42:00 228 0

"Pop oxuyanlar acından ölür, mənə isə bir toya 7 min verirlər"

Müğənni Şəbnəm Tovuzlu toy müğənnilərinin efirə buraxılmaması barədə səsləndirilən fikirlərə münasibət bildirib.

Son.az musavat.com-a istinadən xəbər verir ki, toy müğənniləri xalq tərəfindən sevilir, verilişlərə də reytinq qazandırır: 

"Bu söhbətlərə çox güldüm. Bu qanunu kimdir qoyan? Onlar toyda oynamır? Toy müğənniləri bəzilərini çatladır, yaxşı pul qazanmağımızı gözləri götürmür. Pop oxuyanlar acından ölür. Pop, caz, vokal oxuyanlar şəraitlərini bizə göstərsinlər? Bizim yaxşı qazancımızdan niyə narahat olurlar? Biz zəhmətimizlə qazanırıq, 4-5 saat hündürdabanda, ayaq üstə canlı oxuyuruq. İnsanlar da bunu qiymətləndirir. Heç kim pulunu küçədən tapmayıb ki, bizə boş yerə qonorar versin. İzləyirlər, maraqlanırlar, bəyənirlər ki, toylarına dəvət edirlər. Efirlərə də xalqın sevdiyi müğənnilər dəvət edilir ki, tamaşaçı izləsin.