PAŞA Bank növbəti dəfə S.H.E – Beynəlxalq Qadınlar konqresinin partnyoru oldu


Digərləri 18 Mar 2019 12:57:12 189 0

PAŞA Bank növbəti dəfə S.H.E – Beynəlxalq Qadınlar konqresinin partnyoru oldu

Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank ardıcıl olaraq üç ildir ki, Bakıda keçirilən S.H.E – Beynəlxalq Qadınlar konqresinin partnyoru qismində çıxış edir.

Bakı. Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank ardıcıl olaraq üç ildir ki, Bakıda keçirilən S.H.E – Beynəlxalq Qadınlar konqresinin partnyoru qismində çıxış edir. Tədbirin əsas məqsədi iş mühitində və ümumilikdə cəmiyyətdə gender bərabərliyinin təşviq edilməsi üçün effektiv bir platforma yaratmaq, eləcə də, iqtisadiyyatın müxtəlif sahələrində qadınların iş fəaliyyətlərində üzləşdiyi aktual çətinlikləri müzakirə etməkdir. Builki konqresdə dünyanın 14 ölkəsindən bank, sığorta, fərdi sahibkarlıq, İKT, hüquq və məsləhət xidmətləri sahəsindən 500-dən çox işgüzar xanım nümayəndə iştirak edib. Tədbirdə çıxış edən spikerlər uğurlu karyera qurmaq, iş və ailə həyatı arasındakı balansın saxlanılması sirləri, gender stereotiplərinin aradan qaldırılması haqqında həyat təcrübələrini tədbir iştirakçıları ilə bölüşdülər. Tədbirin əsas müzakirə mövzusu müasir dövrdə ən son tendensiyaların formalaşması və dəyişikliklərin idarə edilməsi bacarıqlarının inkişafı oldu.