Bakı Nəqliyyat Agentliyi güclü küləklə bağlı sakinlərə müraciət etdi


Digərləri 18 Mar 2019 12:21:00 198 0

Bakı Nəqliyyat Agentliyi güclü küləklə bağlı sakinlərə müraciət etdi

Ötən gecədən başlayaraq müşahidə edilən güclü küləkli hava şəraiti ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) şəhər yollarında ictimai nəqliyyat infrastrukturuna nəzarəti artırıb.

BNA-dan Son.az-a verilən məlumata görə, küləyin təsirindən yarana biləcək xoşagəlməz halların vaxtında aşkar edilərək aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Bu məqsədlə Agentliyin mobil qurupları yol nişanları və avtobus dayanacaq pavilyonlarına baxış keçirir.

Bu cür hava şəraitinin davam etdiyini nəzərə alaraq sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları xahiş edilir. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edilir.