Qarabağ 3-cü dövrənin ən yaxşısıdır


İdman 18 Mar 2019 12:12:00 189 0

Qarabağ 3-cü dövrənin ən yaxşısıdır

Azrbaycan Premyer Liqasında 3-cü dövrə başa çatıb.

Goal.az PFL-in saytına istinadən xəbər verir ki, mövsümün ikinci yarısının 7 turunda 28 qarşılaşma keçirilib. Bu oyunlarda 52 top vurulub. 2019-cu ilin arxada qalan hissəsinin ən yaxşısı Qarabağ olub. 7 qarşılaşmada uduzmayan Ağdam klubu hesabına 15 xal yazıb.

Neftçi, Qəbələ və Zirə 12 xal toplayıblar. Dövrədə qələbə qazanmayan yeganə komanda cəmi 2 xal yığan Sumqayıt-dır.