Messidən yeni rekord


İdman 18 Mar 2019 11:32:00 251 0

Messidən yeni rekord

İspaniya La Liqasının 28-ci turu Lionel Messi üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, Betis-lə (1-4) matçda het-trik edən argentinalı klubun heyətində qələbə sayına görə rekord təzələyib. Messi bu göstəricidə keçmiş komanda yoldaşı, yarımmüdafiəçi Xavini geridə qoyub. Forvard Kataloniya təmsilçisinin heyətində keçirdiyi 674 oyunun 477-də qalib gəlib. Yarımmüdafiəçi isə 767 oyundan 476-da qələbə ələ edib.Həmçinin Messi La Liqada 333-cü qələbəsini qazanmaqla Andoni Subisaretta (eks -Barcelona) və İker Kasilyasın (eks-Real) bölüşdüyü rekorda yaxınlaşıb. Hər iki futbolçu İspaniya çempionatında 334 dəfə qələbə sevinci yaşayıb.