Umayra Tağıyeva: "Güclü şimal küləyi sabah günün ikinci yarısınadək əsəcək"


Digərləri 18 Mar 2019 11:35:00 219 0

Umayra Tağıyeva: "Güclü şimal küləyi sabah günün ikinci yarısınadək əsəcək"

Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti sabah günün ikinci yarısınadək davam edəcək.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Rusiya mərkəzi rayonlarından yüksək təzyiq sahəsinin, yəni siklonun Qafqaz ərazisinə daxil olması və bu gün Xəzər dənizinin cənub-şərqindən keçməsi nəticəsində şimal küləyinin sürəti güclənib. Hazırda Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 26-27 metrdir.