Chelsea-da psixoloji problem yaşanır


İdman 18 Mar 2019 11:11:00 218 0

Chelsea-da psixoloji problem yaşanır

Chelsea-nın baş məşqçisi Maurisio Sarri Everton-la matçı(0:2) şərh edib.

Goal.az xəbər verir ki, mütəxəssis komandasının anlaşılmaz oyun sərgilədiyini deyib.

“İkinci yarıda nə baş verdiyini anlamadım. İzah edə bilmirəm. Birinci yarıda əla oynadıq. Topa nəzarət bizdə idi. Belə davam etmək əvəzinə hər şeyi rəqibə verdik.Ən azı 5 qol vura bilərdik. Sonradan dağınıq bir vəziyyət yarandı. Hücuma keçmədik, heç müdafiə də olunmurduq. Məncə, Çelsea-da psixoloji problem yaşanır.Sxemi, taktikanı dəyişmək mənasızdır. Qarşıda 8 oyun var. Şansımızı əldən verməmək üçün döyüşməliyik”,- Sarri bildirib.