Nazir: "Azərbaycan OPECin neft bazarında balansın saxlanması üzrə səylərini bundan sonra da dəstəkləməyə hazırdır"


Digərləri 18 Mar 2019 11:23:00 214 0

Nazir: "Azərbaycan OPECin neft bazarında balansın saxlanması üzrə səylərini bundan sonra da dəstəkləməyə hazırdır"

Azərbaycan OPEC-in neft bazarında balansın saxlanması üzrə səylərini bundan sonra da dəstəkləməyə hazırdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının açılışında deyib.

Nazir qeyd edib ki, bu tədbir Azərbaycanın neft sənayesində tarixi rolunu göstərir: "Azərbaycan böyük həcmdə neft ixrac etmir, lakin dünyada enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Ümid edirəm ki, OPEC+ xartiyasının hazırlanması tezliklə başa çatacaq".

P.Şahbazov bildirib ki, ölkələrin əməkdaşlığı neft bazarında risklərin aradan qaldırılması üçün mühüm əhəmiyyət kəsb edir: "OPEC+ neft bazarına əsas dəstəyi təmin edir. Hazırda bu razılaşmanın müsbət nəticələrini görürük".