Muğam Mərkəzində konsert keçirilib FOTO


Kriminal 18 Mar 2019 11:12:00 197 0

Muğam Mərkəzində konsert keçirilib  FOTO

Beynəlxalq Muğam Mərkəzində “Ölkəmizi tanıyaq” maarifləndirici programmasi çərçivəsində maraqlı konsert keçirilib

Beynəlxalq Muğam Mərkəzində "Ölkəmizi tanıyaq" maarifləndirici programmasi çərçivəsində maraqlı konsert keçirilib.

Son.az xəbər verir ki, martın 16-da  Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının aksiyası çərçivəsində konsert proqramı təşkil olunub.

"Ölkəmizi tanıyaq" layihəsinin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Muğam Mərkəzində şagirdlər üçün təşkil olunmuş konsert proqramında xanəndələr Hüseyn Mikayıloğlu Mahur təsnifi "Əlimdə sazım qurbanın", "Bir ney kimi hərdən",   Rəvanə Əmiraslanlı "Segah" təsnifi, "Nar ağacı" və Rəvanə Qurbanova  "Dumanlı Təbriz", "Sən Müşfiqin yanında" mahnılarını səsləndirdilər.


Xəbərə aid fotolar