Güclü küləklə əlaqədar


Digərləri 18 Mar 2019 11:07:00 219 0

Güclü küləklə əlaqədar

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxda müşahidə olunan güclü küləklə əlaqədar sakinlərə və sürücülərə xəbərdarlıq edib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxda müşahidə olunan güclü küləklə əlaqədar sakinlərə və sürücülərə xəbərdarlıq edib.

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, güclü küləyin müşahidə edilməsi ağacların aşma təhlükəsini artırır. Belə güclü külək hətta sağlam ağacları da aşıra bilər:

"Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Sakinlərə isə ağacların altında dayanmamaq və ehtiyatlı olmaq məsləhət görülür".