Erkən ölümə səbəb olan qida məhsulları bəlli oldu


Digərləri 18 Mar 2019 10:54:00 217 0

Erkən ölümə səbəb olan qida məhsulları bəlli oldu

ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri mütəmadi olaraq yumurta və digər yüksək xolesterinli qidaların qəbulunun insanda ürək-damar xəstəliklərinin inkişafı və erkən ölüm riskini artırdığını müəyyən edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda MedicalXpress nəşrində pres-reliz dərc olunub.

Tədqiqatçılar 29 615 nəfərin iştirakı ilə keçirilmiş 6 ayrıca araşdırmanın nəticələrini təhlil edib.

Könüllülər qəbul etdikləri qidalarla bağlı müvafiq anketi doldurub.