“ Messi ilə eyni dörvrdə yaşamaq xoşbəxtlikdir”


İdman 18 Mar 2019 10:00:00 188 0

“ Messi ilə eyni dörvrdə yaşamaq xoşbəxtlikdir”

Barcelona-nın baş məşqçisi Ernesto Valverde La Liqa çərçivəsində Betis-lə səfər matçını (4:1) şərh edib.

Goal.az xəbər verir ki, çalışdırıcı Lionel Messinin oyunundan zövq aldığını deyib.

“Matç tam üstünlüyümüzlə keçdi. Səfərdə belə oyun məni qane etdi. Messinin oyunundan zövq aldım. Het-trik etməsi onun qol vurmaq bacarığını bir daha təsdiqlədi. Betis azarkeşləri hücumçumuzu ürəkdən alqışladı. Baxmayaraq ki, vurduğu qollarla onları məyus etdi. İlk dəfə idi ki, fanatların rəqib hücumçunu alqışladığını görürdüm. Messi ilə eyni dörvrdə yaşamaq xoşbəxtlikdir”, - mütəxəssis deyib.