Qattuzo nəticədən razı qaldı


İdman 18 Mar 2019 10:21:00 201 0

Qattuzo nəticədən razı qaldı

Milan-ın baş məşqçisi Cennaro Qattuzo İnter-lə oyunu (2:3) şərh edib.

Goal.az xəbər verir ki, çalışdırıcı, məğlubiyyətə baxmayaraq, nəticədən razı qaldığını deyib.

“Birinci yarıda güclü təzyiqlə üzləşdik. Hücuma keçmək mümkün olmadı. İkinci yarıda qismən toparlandıq. Rəqibin 5-6 futbolçusu qapımızın ağzında olurdu. Məni müdafiə taktikasına üstünlük verdiyimə görə tənqid edirlər. Vəziyyəti nəzərə alıb bu taktikanı seçirəm. Matçın gedişində 0:2 hesabı ilə uduzan istənilən komanda darmadağın olardı. Lakin biz özümüzü itirmədik. Matçın sonlarında hesabı bərabərləşdirmək imkanımız oldu. Fürsətdən yararlanmadıq. Nəticədən razı qaldım”, - Qattuzo deyib.