Güclü küləklə əlaqədar sakinlərə və sürücülərə XƏBƏRDARLIQ


Digərləri 18 Mar 2019 10:46:00 168 0

Güclü küləklə əlaqədar sakinlərə və sürücülərə XƏBƏRDARLIQ

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxda müşahidə olunan güclü küləklə əlaqədar sakinlərə və sürücülərə xəbərdarlıq edib.

Bakı. İlhamə İsabalayeva - Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxda müşahidə olunan güclü küləklə əlaqədar sakinlərə və sürücülərə xəbərdarlıq edib. BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, güclü küləyin müşahidə edilməsi ağacların aşma təhlükəsini artırır. Belə güclü külək hətta sağlam ağacları da aşıra bilər: "Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Sakinlərə isə ağacların altında dayanmamaq və ehtiyatlı olmaq məsləhət görülür".